AZ

Kobaxidze: Avropa İttifaqı Gürcüstanda çevriliş etmək istəmir

BAKI, 7 noyabr. TELEQRAF

“Gürcüstan hökumətinin devrilməsi Avropa İttifaqının maraqlarına daxil deyil, amma Avropa bürokrasiyasına təsir edən və ölkədə bu cür hadisələri istəyən müəyyən şəxslər var”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Düşünmürəm ki, Gürcüstan hökumətinin devrilməsi Avropa İttifaqının maraqlarına uyğundur, amma açıq-aşkar təsir var. Məsələn, oktyabrın 4-də Gürcüstanda baş vermiş çevriliş cəhdi zamanı müxalifət prezident sarayına zorla soxulmağa çalışanda Avropa Komissiyasının rəsmi nümayəndəsi bu aksiyanı “dinc çevriliş” adlandıraraq dəstəkləmişdi.

Biz düşünmürük ki, Gürcüstanda inqilabın dəstəklənməsi Avropa İttifaqının obyektiv marağıdır, amma təəssüf ki, qərarların qəbul edilməsi zamanı Avropa bürokrasiyasına mənfi təsir göstərən müəyyən qüvvələr mövcuddur,” - baş nazir əlavə edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr