AZ

Elektrik naqillərinin istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 8976,2 ton elektrik naqilləri istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 11,5 faiz və ya 928,1 ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 3,6 faiz və ya 42,2 ton artım qeydə alınıb. Sentyabr ayında 1 212,4 ton elektrik naqilləri istehsal edilib.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 548 ton təşkil edib.

Seçilən
36
vergiler.az

1Mənbələr