AZ

İranlı ekspert: “Ermənistanda hakimiyyət dəyişikliyi Tehrana ziyandır”

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ermənistanda 8 ay sonra keçiriləcək seçkilərin İran üçün ciddi əhəmiyyəti var”. Tribunainfo.az bildirir ki, bu fikirlər İrandakı anti-Azərbaycan qrupunun fəal üzvlərindən olan ekspert Ehsan Movəhhediyana məxsusdur.

Onun sözlərinə görə, Ermənistan İranın xarici dünya ilə kommunikasiya və tranzit əlaqələrində mühüm rol oynayır və seçkilərin nəticəsi regiondakı geosiyasi balanslara təsir göstərə bilər.

O Zəngəzur dəhlizindən də bəhs edib. “Ermənistan hökumətinin dəstəklədiyi yeni tranzit marşrutu – “Tramp marşrutu” – İran sərhədinə yaxın ərazilərdən keçə bilər. Bu layihənin reallaşması İranın Qafqazdakı strateji mövqelərinə təsir göstərəcək”.

Movəhhediyan onu da iddia edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə bölgədə risklərin arta biləcəyini istisna edilmir.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
tribunainfo.az

2Mənbələr