AZ

Büdcə kəsirinin borclanma hesabına maliyyələşdirilməsi risk YARADIR

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı ilin dövlət büdcəsi layihəsində büdcə sistemi haqqında qanun, büdcə sisteminin vahidliyi və bu sistemə aid olan büdcələrin müstəqilliyi ilə bağlı tələblər təmin edilmiş, layihə vahid büdcə təsnifatı tətbiq olunmaqla tərtib olunmuşdur. Layihə, "Büdcə sistemi haqqında" qanunun 16-cı maddəsinə əsasən tərtib olunmuş və 16-1-ci maddəyə uyğun olaraq maddələr üzrə təhlil aparılmış, bəzi maddələr üzrə təkmilləşmələrə ehtiyac olduğu qənaətinə gəlinmişdir.

Modern.az xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“2026-cı il üçün büdcə zərfində müxtəlif amillərin təsiri nəticəsində büdcə göstəricilərinin proqnozdan kənarlaşa biləcəyi vurğulanmış, bu risklərin idarə olunması üçün müvafiq mitiqasiya tədbirləri izah edilmişdir. Risklər arasında xarici iqtisadi mühit, ticarət tarifləri, neft qiymətlərində dəyişkənlik, hasilat həcmləri, dövlət borcu, zaminliklər, icra xərclərinin dayanıqlığı və iqlim dəyişikliyi kimi məsələlər qeyd olunmuşdur. Əksər risklər üçün yumşaldıcı tədbirlər müəyyən edilmiş, bəzi hallarda risklərin maliyyə tutumu da qiymətləndirilmişdir” – deyə o bildirib.

“Hesablama Palatası olaraq hesab edirik ki, bu risklərlə yanaşı, icmal büdcə və dövlət büdcəsi üçün digər aktual risklər də mövcuddur. Onlar rəyimizdə ətraflı şəkildə göstərilmişdir”.

Sədr müavini qeyd edib ki, dövlət büdcəsi kəsirinin 2,6 milyard manatlıq hissəsinin borclanma hesabına maliyyələşdirilməsi planlaşdırılır. Kəsirin əsasən borclanma ilə örtülməsi orta və uzunmüddətli dövrdə dövlət borcu yükünü artıraraq risk yarada bilər. Əvvəlki illərlə müqayisədə 2025 və 2026-cı illərdə borclanmanın kəsirə yaxınlaşması xüsusi diqqət tələb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
modern.az

2Mənbələr