AZ

Şahbaz Şərif Azərbaycana gəlir

Hurriyyet.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif 7-8 noyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat verib.

Səfər zamanı Şahbaz Şərif Vətən Müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçiriləcək paradda iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Tərəflər ticarət, investisiya, enerji, müdafiə və təhsil sahələrində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Hürr Tərcüman

 

Seçilən
29
hurriyyet.az

1Mənbələr