"Boz kardinal"a bağlı şəxslər arasında cəbhəçilər və müsavatçılar çoxluq təşkil edir
Bir qədər əvvəl Azərbaycanda fəaliyyət göstərən Qərbin bir sıra media casuslarının, xüsusilə də Meydan TV-nin, "Abzas Media"-nın və "Toplum" TV-nin bəzi əməkdaşlarının həbs edilməsindən sonra insanı dəhşətə gətirən faktlar ortaya çıxdı. Bəlli oldu ki, jurnalist adı altında gizlənən bu şəxslər Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmaq üçün ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərləri "demokratik inkişafa dəstək vermək" adı altında böyük məbləğdə pullar alıblar. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Meydan TV-nin, "Abzas Media"-nın və "Toplum" TV-nin əməkdaşları maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər. Artıq onların bəzilərinə məhkəmənin qərarı ilə hökm oxunub. Bu, öz yerində. Ancaq istintaq öncəsi və məhkəmə prosesi zamanı dağıdıcı müxalifətə bağlı saytlarda, sosial şəbəkə hesablarında media cəsuslarının həbs olunmasından ciddi narahatçılıq keçirən yazılar, statuslar paylaşılırdı. Bu da onu təsdiq edirdi ki, alınan çirkli pullardan Əli Kərimliyə, Cəmil Həsənliyə, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərə, Arif Hacılıya pay düşüb və həmin payın qarşılığında nəsə etməyə çalışırdılar. Təəssüf ki, yenə də sudan quru çıxmağı bacardılar, həbs olunmadılar. Ancaq Ramiz Mehdiyev ətrafında aparılan istintaq araşdırması onu deməyə əsas verir ki, bu dəfə dağıdıcı müxalifətin satqın və xəyanətkar simasızları qanunun sərt zərbəsindən xilas ola bilməyəcəklər. Çünki ortaya təkzib olunmaz faktlar və sübütlüra qoyulan. Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirovun həbsi isə bir sıra qaranlıq görünən məsələlərə aydınlıq gətirəcək. İddialara görə, Eldar Əmirovun əlində mühüm sənədlər və keçmiş şefinin dağıdıcı müxalifətlə əlaqələrinə dair gizli məlumatlar var. Bildirilir ki, əgər Ramiz Mehdiyevlə, eləcə də Əli Kərimli və İsa Qəmbərlə Eldar Əmirov arasında üzləşmə baş verərsə, dəstə tam şəkildə ifşa olunacaq. Məlumata görə, bu təhlükəni tam şəkildə anlayan Əli Kərimli İsa Qəmbərlə görüşüb. Müsavatın qərargahında baş tutan görüşdə vəziyyət təhlil olunub və çıxış yollar müzakirə olunub. Tərəflər istintaqda bir -birinin sözlərinin, ifadələrinin üst-üstə düşməsi üçün bir daha ötüb keçənlərə nəzər salıb, dəqiqləşdirmələr aparıblar.
Əli Kərimliyə verilən pulların məbləği açıqlandı
Sual oluna bilər ki, Ramiz Mehdiyev və dəstəsi ilə Əli Kərimlini hansı ortaq maraqlar birləşdirib? Bunun cavabını vermək üçün uzun-uzadı araşdırmalar aparmağa və detalları tədqiq etməyə ehtiyac yoxdur. Ramiz Mehdiyev və dəstəsi Əli Kərimli, İsa Qəmbər və digər dağıdıcı müxaliflərin timsalında müəyyən gücə malik "xoxan" obrazı formalaşdırmağa çalışıb. Nəticədə "xoxan"lardan istifadə etməklə öz üstünlüyünü nümayiş etdirməyə, eləcə də biznesini daha da inkişaf etdirməyə ümid edib. Nəzərə almaq lazımdır ki, dəfələrlə dağıdıcı müxalifət icazəsi aksiyalar keçirib və bu zaman polislə qarşıdurmalar yaradıb. Həmin vəziyyətdən çıxış edərək Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və digərləri Ramiz Mehdiyevi sözlə ittiham edib, onu aksiyalara icazə verməməkdə günahlandırmışlar. Halbuki, "sərbəst toplaşmaq azadlığı haqqında qanun"a görə, hər hansı tədbirlərin, o cümlədən aksiyaların təşkilinə və keçirilməsinə icazəni Bakı Şəhər İcra Hakimiyyəti verməlidir. Bunu söz yox ki, özünü hüquqşünas kimi təqdim etməyə çalışan AXCP sədri Əli Kərimli də bilməmiş deyil. Ancaq Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli bu məsələdə R.Mehdiyevin adını hallandırmaqla, onu əsas fiqur kimi təqdim etməyə çalışıblar. Yəni cəmiyyətə alışmaq istəyiblər ki, R.Mehdiyev əsas güc mərkəzidir və onunla hesablaşmaq lazımdır. Fikir verin, R.Mehdiyev işindən uzaqlaşdırılacağını anladığı məqamda belə "xoxan"lardan istifadə etməyə cəhdlər göstərib. 2019-cu ilin oktyabrın 19-da Milli Şura və AXCP Bakı şəhərində icazəsiz aksiya keçirməyə çalışdılar. Məqsəd və niyyət heç şübhəsiz ki, R.Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasının qarşısını almaq oldu. Lakin xəyalları gerçəkləşmədi. 2019-cu ilin oktyabrın 23-də R.Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldı.
Diqqətçəkən məqam ondan ibarətdir ki, R.Mehdiyevin vəzifəsindən kənarlaşdırılmasından ötən 6 il ərzində Milli Şura, AXCP və Müsavat bir dəfə də etiraz aksiyaları keçirməyiblər. Sual olunur, 2019-cu ilin oktyabrına qədər az qala, hər həftə müxtəlif səpkili piketlər, mitinqlər, küçə yürüşləri təşkil edən və keçirməyə cəhdlər göstərən dağıdıcı müxalifət nədən son 6 ildə aksiyalar planlaşdırmayıb? Heç şübhəsiz ki, səbəbi artıq dayaqlarının sıradan çıxarılmasıdır. Əminliklə demək olar ki, bundan sonra dağıdıcı müxalifət aksiyalar keçirmək xəyalına da düşməyəcək. Bir müddət sonra isə onlar heç bir işə yaramadıqlarını, həm də cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiklərini anlayıb, özləri-özlərini buraxacaqlar. Digər tərəfdən dağıdıcı müxalifətin fəaliyyətinə xitam verilməsi üçün hüquqi baza yaranıb. Tədricən sübuta yetirilir ki, Milli Şura, AXCP və Müsavat funksionerlərinin dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən Ramiz Mehdiyevlə ortaq iş birlikləri olub. "Siyasi partiyalar haqqında qanuna" eləcə də digər qanunvericilik aktlarına görə siyasi partiyalar hakimiyyətin zorla ələ keçirlməsinə cəhdlər göstərərsə, o zaman həmin siyasi partiyanın fəaliyyətinə xitam verilir. Bu baxımdan ya Ə.Kərimli, İsa Qəmbər özləri sakitcə prəhbərlik etdikləri partiyaların buraxıldığını elan edəcəklər, ya da qanun onlarla məhkəmə zallarında sərt formada danışmalı olacaq. Bu halda onların Ramiz Mehdiyevin dəstəsi ilə geniş əlaqələr quraraq dövlətə xəyanət etdikləri faktlarla ortaya qoyulacaq.
Əli Kərimliyə verilən pulların məbləği açıqlandı
Mətbuatdan məlum olduğu kimi, Ramiz Mehdiyev və dəstəsi vəzifə səlahiyyətlərindən istifadə edərək, özlərinə böyük biznes imperiyası qurublar. Həmin vəsaitlərdən bir qismini dağıdıcı müxalifətə və xaricdəki antimilli ünsürlərə ötürməklə, daha rahat formada talançılıqlarını davam etdirməyə ümid ediblər. Məlumatlara görə, R.Mehdiyev və dəstəsi xaricdəki antimilli ünsürlər 48 milyon, AXCP, Müsavat kimi partiyaların rəhbərlərinə və onların trollarına 18 milyon manat maliyyə yardımları göstəriblər. AXCP üzvü olan və Əli Kərimliyə yaxınlığı ilə seçilən şəxsin isə bizə dediyinə görə, Ramiz Mehdiyevlə Əli Kərimli arasında sıx əlaqələr əsasən 2000-ci il parlament seçkiləri ərəfəsi qoyulub. O zaman R.Mehdiyevin inandığı şəxslərdən biri Ə.Kərimlinin Xəqani küçəsindəki ofisində görüşüb. Bu zaman Ə.Kərimliyə nağd şəkilində ehtiyaclarının qarşılanması üçün 1 milyon 225 min ABŞ dolları verilib. R.Mehdiyevin adamı ilə Əli Kərimli arasında isti münasibətləri davam etdirmək razılığı əldə olunub. Sonrakı mərhələdə hər ay Ə.Kərimliyə və "Azadlıq" qəzetinə maliyyə yardımları göstərilib. Ən əsası isə Nərimanov rayonu "Montin" bazarı deyilən ərazidən və Yasamal rayonu İnşaatçılar metrosunun arxasında Mehdi Salamzadə küçəsi 578745 -ci binadan Əli Kərimliyə mənzillər bağışlanıb. Dünən isə daha bir maraqlı məlumat əldə edə bildik. Belə ki, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deputat olduğu dönəmdə tez-tez Ramiz Mehdiyevin tapşırığı ilə Ə.Kərimli ilə görüşüb. Deyilənlərə əsasən demək olar ki, Ə.Kərimlinin R.Mehdiyevin dəstəsinə sədaqətli olmasında G.Hacıbəylinin xüsusi rolu olub. Məhz bu fəaliyyəti yüksək dəyərləndirən R.Mehdiyev sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib: "Söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyevə məxsus olması heç kəsə sirr deyildir. Bu, həm sənədlərlə, həm də həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır. El arasında da sözügedən tikililər "Ramiz Mehdiyevin evləri" adlandırılır. Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir".
Məlumatda o da bildirilir ki, R.Mehdiyev Gültəkin Hacıbəylini "mükafatlandırmaq" məqsədi ilə bina tikilən ərəfədə, 2005-ci ildə ona iki mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən G.Hacıbəyli orada yaşasa da, evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə edilən məlumata görə, G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə "xüsusi xidmətlərinə" görə, "boz kardinal" tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır", – məlumatda vurğulanıb. Mətbuatda yayılan xəbərlərdə sözügedən MTK-nın də Ramiz Mehdiyevə məxsus olduğu qeyd olunur. Bina 2017-ci ilə qədər Topaz MTK-nın idarəçiliyində olub. 2017-ci ildən isə kompleks Nəsimi 11 MMC tərəfindən idarə olunur.
Bütün bunlarda bir həqiqət var: bu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq. Amma onların özlərinin aidiyyəti orqana gəlib istintaqla əməkdaşlıq etməsi daha düzgün addım olardı. Digər tərəfdən, bir çoxlarının fəaliyyəti də, niyyətləri də, əməlləri də bəlli olduğuna görə, tövbə qapısının hələ də açıq olduğunu unutmamalıdırlar. Xalqdan üzr istəmək də heç zaman gec deyil. Əks halda onları xalqın qəzəbi, ədalətin hökmündən heç bir qüvvə xilas edə bilməyəcək.
İLHAM ƏLİYEV