AZ

KİV: Gürcüstanın avrointeqrasiya prosesini Aİ dayandırıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı (Aİ) Gürcüstanın avrointeqrasiya prosesini Gürcüstan hakimiyyətinin qərarından daha öncə dayandırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalının əldə etdiyi Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenskinin ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı 5 noyabr 2025-ci il tarixli məktubdan məlum olub.

Məktubda bildirilib ki, Aİ Avropa Şurasının gəldiyi nəticələrə əsasən Gürcüstanın ittifaqa qoşulması prosesinin dayandırılması barədə qərarı 2024-cü ilin iyunun 27-də qəbul edib.

“Bu səbəbdən Gürcüstanın Avropa İttifaqının təhlükəsizlik və mütəşəkkil cinayətkarlıq sahəsində maliyyələşdirdiyi regional layihələrdə iştirakı dayandırılıb”, - məktubda deyilir.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib. Avropa Komissiyası isə avrointeqrasiya prosesinin dayandırılmasında Gürcüstan hakimiyyətini ittiham edir, onu Aİ-yə üzvlük yoluna dərhal qayıtmağa çağırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
apa.az

2Mənbələr