AZ

Ukrayna 2030-cu ilədək Aİ-yə üzvlüyünü realhesab edir

Ukrayna rəhbərliyi ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmasını real hədəf sayır.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyeri Taras Kaçkaya istinadən məlumat yayıb.

Kaçka bildirib ki, Ukrayna Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər başa çatdırmağı, 2030-cu ildə isə tamhüquqlu üzv olmağı “tamamilə real məqsəd” kimi görür.

Bundan əvvəl Aİ-nin diplomatik xidmət rəhbəri Kaja Kallas da 2030-cu ilə qədər bir sıra ölkələrin – Albaniya, Moldova, Ukrayna və Monteneqronun – Avropa İttifaqına üzv ola biləcəyini demişdi. Onun sözlərinə görə, Kiyev üçün Aİ-yə üzvlük “vacib təhlükəsizlik təminatı” olmalıdır.

Digər tərəfdən, Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, Budapeşt Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməyəcək və bunun əvəzinə Kiyevlə “strateji tərəfdaşlıq” münasibətləri qurmağı təklif edib.

Nuriyyə NATİQQIZI

Seçilən
23
1
redaktor.az

2Mənbələr