AZ

Ukrayna XİN: “Avropaya inteqrasiyada aşağı nəticələrin səbəbi Kiyevdə deyil, Tiflisdədir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andriy Sibihanın "X" sosial şəbəkəsində verdiyi açıqlamaya görə, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesindəki aşağı nəticələrinin bütün səbəbləri Kiyevdə deyil, Tiflisdədir.

Sibihanın paylaşdığı mesajda deyilir: "Gürcü tərəfi güzgüdəki əksinə görə inciməməlidir. Gürcüstanın Aİ-yə üzvlük prosesindəki aşağı nəticələrinin bütün səbəbləri Kiyevdə deyil, Tiflisdədir. Ukraynaya gəlincə, biz dost Gürcü xalqına yalnız bir şey arzu edirik: mövcud hökumətlərinin siyasətinə baxmayaraq, öz Avropa istəklərini reallaşdırsınlar. Gürcüstan Avropadır, "Rus dünyası" deyil."

Ukraynanın XİN başçısı sosial şəbəkədə Gürcüstan XİN rəhbəri Maka Boçorişvilinin jurnalistlərə verdiyi bəyanata istinad edən "Liganet" portalının "Gürcüstan Ukraynanı onun Avropa İttifaqına üzvlüyünə mane olmaqda ittiham edir" başlıqlı məqaləsini paylaşıb.

Gürcüstan Xarici İşlər naziri Maka Boçorişvili isə belə bir iddia ilə çıxış edib: "Gürcüstanın Avropa İttifaqına inteqrasiya və namizəd statusu almaq prosesi müəyyən mənada Ukraynanın mənfi münasibəti ilə müşayiət olunurdu - Gürcüstan bu statusu almasın deyə. Biz 2022-2023-cü illərdə hansı kampaniyaların aparıldığını öz gözlərimizlə gördük... Ukrayna müxtəlif formalarda Gürcüstanın Avrointeqrasiyasına qarşı çıxış edib. Bu, açıq şəkildə baş verirdi və biz hamımız bunu bilirik," - deyə Boçorişvili bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr