AZ

"Azərbaycan Dəmir Yolları" bayramda gücləndirilmiş rejimdə işləyəcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Publika.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 7-11 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 08:30-da Bakıdan Ağstafaya, 17:20-də Ağstafadan Bakıya yola düşəcək.

Bundan əlavə, Zəfər və Bayraq günləri ilə əlaqədar 10 və 11 noyabr tarixlərinin istirahət günü elan olunması nəzərə alınaraq, Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.

Seçilən
7
12
publika.az

3Mənbələr