AZ

“Şanlı Zəfərdə polislərin müstəsna xidmətləri danılmazdır“ - Çingiz Qənizadə

Artıq 5-ci ildir ki, xalqımız, eləcə də dünya azərbaycanlıları tarixi Qələbəmizin sevinci ilə yaşayırlar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Ermənistan işğalcıları üzərindəki şanlı Zəfəri Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Bu gün artıq dünya ictimaiyyəti Azərbaycanı qalib, suveren, müstəqil dövlət kimi qəbul edir və bizimlə hesablaşırlar. Bu tarixi Qələbənin qazanılmasında minlərlə mərd oğullarımız şəhid olmuş, sağlamlıqlarını qurban vermişlər. Azərbaycanda uşaqdan böyüyə – hər kəs şanlı Qələbənin qazanılmasında əlindən gələni əsirgəməmişdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə Azərbaycan ordusu ilə bərabər digər dövlət və hüquq mühafizə orqanlarının xüsusi təyinatlılarının da müstəsna xidmətləri olmuşdur. Bu orqanların sırasında Azərbaycan polisinin xüsusi təyinatlalarının və Daxili Qoşunların hərbi əməkdaşlarının qəhramanlıqları xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan Daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını həm Birinci, həm də İkinci Qarabağ müharibəsində nümayiş etdirmişlər.

Seçilən
15
yenicag.az

1Mənbələr