AZ

Hacı Surxay Məmmədli Prezidentə təbrik məktubu ÜNVANLADI

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

8 Noyabr – Zəfər Günü ərəfəsində İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bakıvaxtı.az həmin müraciəti təqdim edir:

“8 Noyabr – Zəfər Günü münasibətilə Sizi və Sizin timsalınızda bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Bu tarixi gün xalqımızın birlik və həmrəyliyinin, şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış azadlığın, ədalətin və milli qürurumuzun təntənəsidir. Sizin müdrik rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb.

Biz din xadimləri olaraq bu Zəfəri Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir, şəhidlərimizin ruhuna dualar edir, qazilərimizə şəfa diləyirik. Sizin rəhbərliyinizlə ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik və mənəvi dirçəliş bütün sahələrdə tərəqqinin təməlini təşkil edir.

Bir daha Zəfər Günü münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
6
bakivaxti.az

7Mənbələr