Bu gün səhər saatlarında İranın Fars əyalətinin Vəravi şəhərində ard-arda iki zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat dərc edib.
Hər iki yeraltı təkan 10 kilometrlik dərinlikdə meydana gəlib. Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.