AZ

Neft Daşları nda 181,8 mln. ton neft hasil edilib

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan 01.11.2025 tarixinədək 181,8 mln. ton neft hasil edilib.Reyting.az SOCAR-a istinadla bildirir ki, hesabat dövründə yataqdan 14,2 mlrd. kubmetr qaz hasil edilib.Qeyd olunur ki, yataq Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşir. SOCAR-ın neft-qaz hasilatının təqribən 70 faizi sahilə buradan ötürülür.Xatırladaq ki, yataqda 1949-cu ildə ilk kəşfiyyat quyusu qazılıb, noyabrın 7-də 100 ton/gün hasilatla neft fontan vurub. Bununla, dünyada açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın əsası qoyulub.(APA) Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
9
reyting.az

10Mənbələr