AZ

Amerikanın ən böyük şəhərinə ilk müsəlman mer seçilib RƏY

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Professor: “Mamdaninin qələbəsi yalnız Nyu-York üçün deyil, bütün dünya üçün mesajdır”

ABŞ-də keçirilən seçkilərin nəticələrinə əsasən, 34 yaşlı Demokratlar Partiyasının müsəlman nümayəndəsi Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçilib. Mamdani seçkilərdə keçmiş qubernator, müstəqil namizəd Endryu Kuomo və Respublikaçılar Partiyasının nümayəndəsi Kertis Sliva üzərində qələbə qazanıb. Yeni mer bu vəzifədə sentyabr ayında namizədliyini geri götürən, lakin adı seçki bülletenlərində qalan Erik Adamsı əvəz edəcək. 34 yaşlı Zohran Mamdani son yüz il ərzində Nyu-York şəhərinə rəhbərlik edən ən gənc mer kimi tarixə düşüb. O, eyni zamanda, şəhərin ilk müsəlman meri olub. Uqanda və Hindistan əsilli Mamdani özünü sosialist kimi təqdim edir. Beş yaşında ikən ailəsi qısa müddətə Uqandanı tərk edərək, Cənubi Afrikaya köçüb və iki il sonra Nyu-Yorka gəlib. Anası Mira Nair məşhur hind-amerikalı rejissoru, atası Mahmud Mamdani isə hindəsilli Uqanda alimidir. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Nyu-York şəhərinin mer seçkilərində demokrat Zohran Mamdaninin qələbəsi ABŞ-nin suverenliyinin itirilməsi deməkdir. Tramp bu məsələ ilə məşğul olacağını deyib. 

Bakı Dövlət Universitetinin professoru Əlimusa İbrahimov Sherg.az-a deyib ki, Zöhran Mamdaninin Nyu-York şəhərinin meri seçilməsi onun şəxsi keçmişi və təmsil etdiyi mütərəqqi siyasi hərəkata görə tarixi bir hadisədir. Politoloq vurğulayıb ki, 34 yaşlı Mamdani Amerikanın ən böyük şəhərinin ilk müsəlman meridir:

Seçilən
4
2
sherg.az

10Mənbələr