AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı gənclər sahəsində İcra Proqramı imzaladı FOTO

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq üzrə 2026 - 2027-ci illər üçün İcra Proqramı imzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu ölkənin idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səudlə görüşüb.

Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq üzrə 2026–2027-ci illər üçün İcra Proqramı imzalanıb.

Sənəd iki ölkə arasında gənclər siyasəti, mübadilə proqramları, könüllülük fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
5
icma.az

6Mənbələr