AZ

300 min Qalatasaray lı Messidən bunu xahiş etdi

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Qalatasaray" azarkeşləri Lionel Messinin Türkiyə klubuna keçəcəyi barədə yayılan xəbərlərə böyük maraq göstəriblər.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, fanatlar argentinalı ulduz və onun həyat yoldaşı Antonella Rokkuzzonun sosial şəbəkə hesablarını şərhlərlə doldurublar.

Məlumata əsasən, 24 saat ərzində 300 mindən çox azarkeş Messiyə "Qalatasaray"ı seçməsi üçün müraciət edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Lionel Messinin MLS çempionatında fasilə zamanı "İnter Mayami"dən "Qalatasaray"a icarəyə keçə biləcəyi iddia olunub. Futbolçunun bu addımı 2026-cı il dünya çempionatına qədər oyun təcrübəsini artırmaq məqsədi daşıya bilər.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
news.milli.az

3Mənbələr