İngiltərə Premyer Liqasında XVIII tura yekun vurulub.
Publika.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Kristal Pelas” azarkeşləri önündə “Brayton”u qəbul edib. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.
Günün ikinci matçında “Aston Villa” “Şeffild Yunayted”lə heç-heçəyə razılaşıb – 1:1.
“Mançester Yunayted” səfərdə “Vest Hem”ə məğlub olub. Turun mərkəzi oyununda – “Liverpul” – “Arsenal” matçında qalib müəyyənləşməyib.