AZ

Mirziyoyev: Özbəkistanda Trampa “sülh prezidenti” deyirlər...-

Vaşinqtondakı sammitdə Özbəkistan lideri ABŞ prezidentinə yüksək qiymət verib...

Poliqon xəbər verir ki, Özbəkistan prezidenti Şövkət Mirziyoyev Vaşinqtonda keçirilən “Mərkəzi Asiya + ABŞ” (C5+1) sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü zamanı maraqlı ifadə işlədib. O bildirib ki, Özbəkistanda Trampla bağlı “sülh prezidenti” ifadəsi geniş yayılıb.

Mirziyoyevin sözlərinə görə, Trampın təşəbbüsləri və diplomatik fəallığı regional sabitliyin və beynəlxalq dialoqun güclənməsinə xidmət edir. O, ABŞ və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın dərinləşməsinin “ümumi sülh və inkişaf” üçün yeni imkanlar yaratdığını vurğulayıb.

Görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq, investisiya layihələri və təhlükəsizlik sahəsində əmək əlaqələrinin genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr