Misli Premyer Liqasında XI tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, "Zəfər turu" adlandırılan turun ilk oyunu Şamaxıda keçiriləcək.

Yerli komanda "İmişli"ni qəbul edəcək.

Ayxan Abbasovun yetirmələri qalin gələrək turnir cədvəlində rəqibini keçmək istəyir.

"Şamaxı" 10 xalla 9-cu, "İmişli" isə 12 xalla 8-cidir.


Misli Premyer Liqası, XI tur

7 noyabr

13:44. "Şamaxı" - "İmişli"

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Şamaxı şəhər stadionu.