AZ

Uitkoff: ABŞ Ukrayna münaqişəsinin həllində həlledici rol oynayır...

Vaşinqton təhlükəsizlik protokolları üzərində işləyir və prosesdə irəliləyiş müşahidə olunur...

Poliqon xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun Rusiya və Ukrayna arasındakı münaqişənin siyasi yolla həllində əsas rol oynaya biləcəyini bildirib. O, bu istiqamətdə müəyyən irəliləyişlərin artıq müşahidə olunduğunu vurğulayıb.

Kiyev üçün təhlükəsizlik protokolları ilə bağlı hələ çox iş görülməlidir. Texniki qruplar rəhbərlik səviyyəsində danışıqlara başlamazdan əvvəl öz aralarında müzakirələr aparmalıdırlar,” – deyə Uitkoff Mayamidə keçirilən biznes forumunda çıxışı zamanı qeyd edib.

ABŞ nümayəndəsinin sözlərinə görə, sülh prosesini çətinləşdirən əsas amil Rusiya və Ukrayna arasında etimadın olmamasıdır. Uitkoff əlavə edib ki, o, bu cür etimadsızlıq problemini İsrail və Fələstinin “Həmas” hərəkatı arasında baş verən qarşıdurmanın nizamlanması prosesində də müşahidə edib.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr