AZ

Vətəndaşdan BDYPİ-i rəisinə müraciət: Rəis dedi ki, məsələ Ramiz Zeynalovluqdur… – VİDEO

Sumqayıt Qeydiyyat-imtahan və Texniki Baxış Şöbəsi heç bir səbəb göstərilmədən, vətəndaşın xaricdən gətirdiyi avtomobilə nömrə vermir…

NOCOMMENT.az poliqon.info-ya istinadən xəbər verir ki, Abşeron rayon Hökməli qəsəbə sakini Eyyubov Mürşid Vaqif oğlu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova şikayət müraciəti ünvanlayıb. Mürşid Eyyubov müraciətində bildirir ki, Polşadan Azərbayacana özümə məxsus ambulans avtomobil gətirmişəm. Həmin avtomobil gömrükdən ölkəmizə ambulans kimi daxil olub və rəsmiləşdirilib.

Müvəqqəti olaraq tranzit nömrə almışam və Abşeron rayonunda qeydiyyatda olduğum üçün Sumqayıt Dövlət Yol Polis İdarəsinə gedərək avtomobilə nömrə verilməsi üçün müraciət etmişəm.

Şikayətçi qeyd edir ki, Sumqayıt Qeydiyyat-imtahan və Texniki Baxış Şöbəsində ilk öncə hansısa müəyyən məbləğın qarşılığında nömrə verilməsinə razılıq verilmişdi.

Ancaq sonra dedilər ki, hansısa bilinməyən səbəblərdən alınmır. Mürşid Eyyubov problemi ilə bağlı Sumqayıt Qeydiyyat-imtahan və Texniki Baxış Şöbəsi rəisinin qəbulunda olub. Rəis mənə dedi ki, sənin sənədlərində heç bir problem yoxdur ancaq həlli Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun ixtiyarındadır.

Mürşid Eyyubov qeyd edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov probleminin həll edilməsi üçün ona kömək edəcəyinə inanır.

 

Seçilən
5
3
nocomment.az

4Mənbələr