Noyabrın 8-dən 9-dək Macarıstanın Dyör şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 5 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Təmsilçilərimizdən Nazim Kamilov (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Yaqub Məmmədov, Nihat Zülfüqarov (hər ikisi 73 kq) və Əmir Xəzriyev (90 kq) qalib olmağa çalışacaq.
Qeyd edək ki, turnirdə 30 ölkədən 531 idmançı iştirak edəcək.
Azərbaycan millisinin Parisdəki dünya çempionatında medal sayı 3-ə çatıb
Cənub bölgəsi üzrə region birinciliyi keçirilib
Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı regionu çempionatı keçirilib
Cüdoçumuz dünya üçüncüsü olub
Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək