AZ

Hindistan Rusiyadan neft almağı əsasən dayandırıb - Tramp

ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft almağı "əsasən" dayandırdığını iddia edir.

Ucnoqta.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Amerika lideri Hindistanın Baş naziri Narendra Modi ilə ticarət danışıqlarının "əla" getdiyini söyləyib.

"Rusiyadan neft almağı demək olar ki, dayandırıblar. O mənim dostumdur. O, mənim ora getməyimi istəyir", - deyə Tramp Hindistana səfər edəcəyinə söz verib.

Bunun 2026-cı ildə baş verib-verməyəcəyi soruşulduqda, o, "Bəlkə" cavabını verib.

Seçilən
25
2
ucnoqta.az

3Mənbələr