Tokio rəhbərliyi demoqrafik azalmanı yavaşlatmaq məqsədilə dördgünlük iş həftəsi sisteminə keçid planını təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu addımın əsas məqsədi ailələrə daha çox vaxt ayırmaq və doğum səviyyəsini artırmaqdır. Hazırda Yaponiyanın paytaxtında bir qadına orta hesabla cəmi 0,99 uşaq düşür — bu, ölkə üzrə tarixi minimum göstərici sayılır.
Yeni iş qrafiki işçilərə ailələri ilə daha çox vaxt keçirmək və iş yükünü azaltmaq imkanı yaradacaq. Uşaqlı əməkdaşlara seçim təklif olunacaq: ya tam maaşla dördgünlük iş qrafiki, ya da maaşın bir hissəsindən imtina edib iki saat tez işdən çıxmaq variantı.
Mütəxəssislərin fikrincə, Yaponiyada doğum səviyyəsinin kəskin azalmasının əsas səbəbləri uzun iş saatları, gərgin əmək rejimi və yaşayış xərclərinin artmasıdır.
Musavat.com