AZ

Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini bir il təxirə salıb

Bakı. Trend:

Vaşinqton ABŞ Prezidenti Donald Trampın Çin Sədri Şi Cinpinlədanışıqlarının nəticələrinə əsasən, Çin mallarına qarşı artırılmışcavab rüsumlarının tətbiqini bir il müddətinə – 10 noyabr 2026-cıil tarixinədək təxirə salıb.

Trend xəbər verirki, bu barədə məlumat Trampın Federal Reyestrdə dərc olunmuşbəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, ABŞ və Çin rəhbərləri iqtisadi vəticarət əlaqələri sahəsində tarixi razılaşma əldə ediblər.Razılaşmaya əsasən, Çin nadir torpaq elementləri və digər stratejiəhəmiyyətli faydalı qazıntıların ixracına qoyulmuş məhdudiyyətləridayandırmağa, eləcə də ABŞ-nin yarımkeçirici istehsalçıları və busahədə fəaliyyət göstərən böyük şirkətlərə qarşı mövcud problemləriaradan qaldırmağa razılaşıb.

Sənəddə həmçinin bildirilir ki, Çin 31 dekabr 2026-cı iltarixinə qədər ABŞ kənd təsərrüfatı məhsullarına qarşı rüsumlarıntətbiqini dayandıracaq və ABŞ-dən idxal olunan mallara dairrüsumların qüvvəyə minməsini 10 noyabr 2026-cı ilədək təxirəsalacaq.

Seçilən
41
4
az.trend.az

5Mənbələr