AZ

400 min insan müharibəyə hazırlaşır Qərar verildi KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Polşa 2027-ci ilə qədər 400 min nəfərə təlim verməyi planlaşdıran böyük milli hərbi təlim proqramını işə salacaq.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib.

Onun sözlərinə görə, bu proqramda tələbələrdən təqaüdçülərə qədər hər kəs iştirak edə biləcək.

Pilot mərhələ noyabr ayında başlayacaq. Təlim Polşa Silahlı Qüvvələrinin və Ərazi Müdafiə Bölmələrinin iştirakı ilə keçiriləcək.

“Hər bir vətəndaş maraqlandığı kursu seçə biləcək: əsas hərbi təlim, ilk yardım, sağ qalma və kibertəhlükəsizlik kursları olacaq. 2025-ci ilin sonuna qədər 20 min nəfər təlimi başa vuracaq. Ehtiyatda olan mülki universitet tələbələrinə ayda 1000 zlot təqaüd veriləcək. Sərhədlərimizdə müharibə gedir. Bütün bunlar bizi son altı ay ərzində hərtərəfli hərbi hazırlıq layihəsi üzərində işləməyə sövq edib. Hər kəsin vətəninə qayğı göstərmək məsuliyyəti var”, – deyə nazir vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
2
konkret.az

4Mənbələr