AZ

“İki ayın gəlini idi, yatdığı yerdə 5 patron boşaldıb” - VİDEO

Çinin elektromobil istehsalçısı "XPeng" ölkənin şimalındakı zavodunda uçan avtomobillərin sınaq istehsalına başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "Sinxua" agentliyi yayıb.

"Çinin elektromobil istehsalçısı "XPeng"in uçan avtomobillər istehsalı üzrə "XPeng Aeroht" bölməsi dünyada ilk intellektual seriyalı avtomobilqayırma zavodunda şaquli qalxma-enmə funksiyaları olan, elektriklə işləyən uçuş aparatları ilə təchiz edilmiş avtomobillərin sınaq istehsalına başlanılıb", - deyə məlumatda deyilir.

Qeyd edilir ki, Çinin cənubunda, Quandun əyalətinin Quançjou şəhərində yerləşən və ərazisi 120 min kvadratmetr olan zavod artıq "Land Aircraft Carrier" modul avtomobilinin elektriklə işləyən və çıxarıla bilən uçuş aparatını istehsal edib.

Seçilən
61
avtosfer.az

1Mənbələr