AZ

Gömrük Komitəsinin sədrinin açıqlaması anlaşılan deyil AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, elektrik avtomobillərin ölkəyə idxalı zamanı ƏDV tutulacaq. Əvvəl isə bildirilirdi ki, yalnız hibrid avtomobillər ƏDV-yə cəlb olunacaq.

Belə olan halda ölkəmizdə elektrik maşınlar bahalaşacaq?

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında qeyd etdi ki, nəzərdə tutulan ƏDV 18 faizdir.

"Əgər 18 faiz ƏDV tətbiq olunmağa başlayırsa, avtomatik olaraq avtomobillərin qiymətində 20 faizlik bahalaşma olacaq. Yəni 18-20 faiz civarında artım gözlənilir. Ən maraqlısı isə odur ki, ƏDV-nin tətbiqinin yerli elektrik avtomobili istehsalını təşviq edəcəyi ilə bağlı Gömrük Komitəsinin sədrinin bir açıqlaması var ki, bu, ümumiyyətlə, anlaşılan deyil. Azərbaycanda nəinki avtomobil istehsalı mövcuddur, hətta elektrik avtomobili istehsalı belə nəzərdə tutulmayıb. Ona görə də, bəli, avtomobil bazarında, xüsusən də elektrik avtomobil bazarında növbəti bahalaşma dalğasını görəcəyik", - deyə iqtisadçı bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
redaktor.az

2Mənbələr