AZ

"Qalatasaray"a uduzduqdan sonra “Ayaks” baş məşqçisi ilə yollarını ayırdı

style='margin-bottom:10px;'>

“Ayaks” baş məşqçisi Conni Heytinqa ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu qərar Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Qalatasaray”a 0:3 hesabı ilə məğlubiyyətdən bir gün sonra verilib. Sözügedən qarşılaşmada amsterdamlılar turnirdə ardıcıl dördüncü dəfə məğlubiyyətə uğrayıb. Hazırda "Ayaks" Niderland çempionatında 20 xalla dördüncü yerdədir. Çempionlar Liqasında isə klub 0 xalla sonuncu, yəni 36-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Conni Heytinqanın gedişi ərəfəsində komandaya müvəqqəti olaraq Niderland gənclər millisinin keçmiş baş məşqçisi Fred Qrim rəhbərlik edəcək.
 

Seçilən
55
1
teleqraf.com

2Mənbələr