AZ

ABŞ Çin idxalına qarşı cavab tariflərinin tətbiqini bir il müddətinə təxirə salıb

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədir Si Cinpin arasında danışıqlardan sonra Vaşinqton Pekindən gələn mallara qarşı artırılmış cavab tariflərinin tətbiqini bir il müddətinə təxirə salıb.

Bu barədə Trampın ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc olunmuş bəyanatında deyilir.

Koreya Respublikasında keçirilən görüşdən sonra ABŞ və Çin liderlərinin “iqtisadi və ticarət münasibətləri ilə bağlı tarixi bir razılığa gəldikləri” bildirilir. “Bu razılaşmanın bir hissəsi olaraq, Çin, digər məsələlərlə yanaşı, nadir torpaq elementləri və digər vacib minerallar üzrə mövcud və təklif olunan məcburi ixrac nəzarətini təxirə salmaq və effektiv şəkildə imtina etmək, eləcə də ABŞ yarımkeçirici istehsalçılarına və yarımkeçirici təchizat zəncirində iştirak edən digər böyük şirkətlərə qarşı mübarizə məsələsini həll etmək barədə razılığa gəlib”, – sənəddə deyilir.

Həmçinin bildirilir ki, Çin ABŞ kənd təsərrüfatı məhsullarına tətbiq edilən tarifləri 31 dekabr 2026-cı ilə qədər dayandırmaq və ABŞ idxalına tətbiq edilən tariflərin təxirə salınmasını 10 noyabr 2026-cı ilə qədər uzatmaq öhdəliyini götürüb.

Trampın bəyanatında deyilir: “ABŞ, digər məsələlərlə yanaşı, Çindən idxala tətbiq edilən artan cavab tariflərinin təxirə salınmasını davam etdirmək öhdəliyini götürüb”. Əvvəlki razılıq noyabrın 10-a qədər qüvvədə idi.

MənbəREPORT
Seçilən
31
3
banker.az

4Mənbələr