AZ

Qarabağ ın rəqibi baş məşqçisi ilə yollarını ayırdı RƏSMİ

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" baş məşqçi Con Heytinqa ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda ötən gün "Qalatasaray"a 0:3 hesabı ilə uduzub.

Con Heytinqa mövsümün əvvəlində paytaxt klubunun baş məşqçisi postuna təyin olunmuşdu.

Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
4
sportal.az

5Mənbələr