"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu seçilib. Ajans.az xəbər verir ki, o, "Mançester Siti"nin ÇL-nin ümumi mərhələsinin 4-cü turu çərçivəsində evdə "Borussiya Dortmund"u 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubla imza atıb.
İngilis futbolçu səsvermədə Mikel Merino ("Arsenal"), Karluş Borjes ("Brügge") və Viktor Osimheni ("Qalatasaray") qabaqlayıb.