AZ

Xalid əl-Anani YUNESKO-nun yeni baş direktoru oldu

BAKI, 6 noyabr. TELEQRAF

YUNESKO-ya üzv dövlətlər təşkilatın yeni baş direktoru vəzifəsinə misirli siyasətçi və misirşünas alim Xalid əl-Ananini təsdiqləyiblər.

Teleqraf xəbər verir ki, bu barədə məlumat YUNESKO-nun rəsmi saytında yer alıb.

Bildirilib ki, əl-Ananinin namizədliyi Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransında təsdiqlənib. O, 172 səs toplayaraq baş direktor seçilib. Məlumata görə, yeni baş direktor noyabrın 15-də vəzifəsinin icrasına başlayacaq və 2017-ci ildən bu postu tutan Odre Azuleni əvəz edəcək.

54 yaşlı əl-Anani Helvan Universitetində misirşünaslıq üzrə professor kimi 30 ildən çoxdur fəaliyyət göstərir və Monpelye Universitetindən misirşünaslıq üzrə doktor dərəcəsinə malikdir. 2014–2016-cı illərdə Misir Sivilizasiyası Milli Muzeyi, 2015–2016-cı illərdə isə Qahirə Misir Muzeyinə rəhbərlik edib. 2016–2022-ci illərdə qədim abidələr naziri, daha sonra isə turizm və qədim abidələr naziri vəzifələrində çalışıb.

Seçilən
56
teleqraf.com

1Mənbələr