AZ

Biznes qurmaq ev qurmağa bənzəyir, biznesdə satış evdə həyatın başlamasıdır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

6 noyabr tarixində “Zirvədə Mükəmməllik!” şüarı altında Comelson Business Forum 2025 tədbiri keçirilib.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycanın ən dinamik biznes tədbirlərindən biri – Comelson Business Forum 2025 bu il “Zirvədə Mükəmməllik!” şüarı altında baş tutub. Forum panel müzakirələri, masterklasslar, pitch sessiyaları və şəbəkələşmə zonaları ilə zəngin proqram təqdim olunub.

Forumun ilk panelində spiker kimi çıxış edən Sərvan Aslanov bildirib ki, biznes qurmağı ev qurmağa bənzədir: “Hər şey torpaq seçimindən başlayır. Biz buna biznes ideyası deyirik. İkinci addım biznes planıdır. Otaqlar, giriş necə olsun və s. düşünürük. Daha sonra investisiya gəlir. Bunu da evin bünövrəsinə bənzədirəm. İstehsal mərhələsi isə evin divarlarıdır. HR-ları ustalara, hüquq şöbəsini "kupça" almağa bənzədirəm. Evin damını örtmək isə mühasibatlığa aiddir. Satınalma, təchizat da kommunikasiya məsələsinə bənzəyir. Marketinq isə evin dizaynı, fasad işıqlanması ilə məşğuldur sanki”.

Sərvan Aslanov qeyd edib ki, satış evdə həyatın başlamasıdır, həm də məqsədə çatmaqdır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
icma.az

1Mənbələr