AZ

Türkiyədən Rusiyaya uzun fasilədən sonra ilk bərə gedib - VİDEO - FOTO

Türkiyənin Trabzon şəhərindən 14 il ərzində ilk bərə Soçi limanına gedib.

Moderator.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "SBS Shipping" MMC-nin baş direktoru, Qara dəniz sənayeçilər və sahibkarlar ittifaqının direktorlar şurasının üzvü, dəniz infrastrukturu üzrə inkişaf direktoru Sergey Turkmenyan məlumat verib.

"Seabridge" bərəsi Rusiya şəhərinə noyabrın 5-də, Moskva vaxtı ilə saat 21:10-da çatıb.

Həftədə iki bərə reysi planlaşdırılır. İlk reyslər üçün qiymətlər endirimli olaraq 55 dollardan başlayır. Eyni zamanda, bərənin sərnişinləri kafedə və restoranda rublla ödəniş edə biləcəklər.

Seçilən
19
1
moderator.az

2Mənbələr