AZ

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı üzrə fəaliyyətlərə xərclənən məbləğ AÇIQLANDI

2025-ci ilin ilk üç rübü ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı üzrə fəaliyyətlərə təqribən 388 milyon dollar əməliyyat məsrəfləri və 912 milyon dollar əsaslı məsrəflər xərclənilib.
 
Bu barədə Moderator.az-a bp-dən məlumat verilib.
 
Bildirilib ki, ilk üç rüb üçün AÇG-dən ümumi hasilat - "Çıraq" (21 000), "Mərkəzi Azəri" (88 000), "Qərbi Azəri" (75 000), "Şərqi Azəri" (43 000), "Dərinsulu Günəşli" (52 000), "Qərbi Çıraq" (24 000) və ACE (24 000) platformalarından birlikdə - gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 89 milyon barel, yəni 12 milyon ton olub.
 
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilat quyusu, 48 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.
 
İlin üç rübü ərzində AÇG-də 6 neft hasilat, 4 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.
 
Hesabat dövründə AÇG-dən Azərbaycan hökumətinə, əsasən, Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
 
Seçilən
4
2
moderator.az

3Mənbələr