AZ

Sərxoş sürücü saxlanıldı: "Sürücülük vəsiqəmi alma, cərimə yaz"

Kayseri şəhərinin Kocasinan rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü polis tərəfindən saxlanılıb.

Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, sürücünün idarə etdiyi avtomobilin nə texniki baxışı, nə də sığortası olduğu müəyyən edilib.

Hadisə Mimarsinan Məhalləsinin Bozantı küçəsində baş verib. Nəzarət zamanı polis, A.Ç. idarə etdiyi 38 UC 320 dövlət nömrə nişanlı avtomobildə şübhəli hərəkətlər aşkar edib. Alkoqol yoxlanışı aparılmadan əvvəl sürücü polis əməkdaşlarına, "Sürücülük vəsiqəmi alma, cərimə yaz" deyə xahiş edib.

Polislərin apardığı alkoqol testinin nəticəsinə görə, A.Ç.-nin 1,84 promil sərxoş olduğu müəyyən edilib. Bunun nəticəsində sürücünün vəsiqəsi 6 ay müddətinə əlindən alınıb və ona 9 min 267 TL məbləğində inzibati cərimə tətbiq olunub.

Sürücü barəsində "yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq" maddəsi ilə cinayət işi açılıb. A.Ç. ifadə verməsi üçün polis bölməsinə aparılıb./Sonxeber

Seçilən
8
1
avtosfer.az

2Mənbələr