AZ

Mərkəzi Bank Şirvanda vətəndaşlarla səyyar görüş keçirib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Şirvan şəhərində vətəndaşlarla səyyar görüş keçirib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən rəsmiləşdirilmiş kredit müqavilələri üzrə mövcud faiz dərəcələrinin aşağı salınması, aylıq kredit ödəniş məbləğlərinin azadılması olmaqla, ümumilikdə kredit öhdəlikləri üzrə güzəşt istənilməsi ilə bağlı olub.

Müraciətlər üzrə görüşdə iştirak edən vətəndaşlara Mərkəzi Bankın qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri çərçivəsində məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr