Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,3 dəfədən çox artaraq 10,6 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Tacikistana ixrac: 9,79 milyon dollar (+2,6 dəfə)
Tacikistandan Azərbaycana idxal: 807,1 min dollar (+16,7 faiz)
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tacikistanla ticarətin payı 0,03 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi