AZ

"Apple"dan YENİLİK - Milyonlar ödəyəcək

Texnologiya nəhəngi Apple, süni intellekt sahəsində rəqiblərini geridə qoymaq üçün mühüm addım atıb. Şirkət, Siri səs köməkçisinin yeni versiyasında "Google-un inkişaf etmiş süni intellekt modeli “Gemini”"dən istifadə etmək üçün nəhəng razılaşmaya imza atıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Apple və Google arasında bağlanan bu yeni süni intellekt əməkdaşlığı çərçivəsində, “Gemini” adlı böyük dil modelinin (LLM) xüsusi uyğunlaşdırılmış versiyası növbəti nəsil Siri sisteminə inteqrasiya ediləcək.

1,2 trilyon parametrə malik “Gemini” modeli, Siri-nin daha ağıllı, çevik və istifadəçi yönümlü olmasını təmin edəcək.

Yeni nəsil Siri, iOS 26.4 əməliyyat sistemi ilə birlikdə 2026-cı ilin yazında istifadəçilərə təqdim ediləcək.

Seçilən
42
manset.az

1Mənbələr