AZ

Yuri Syomin Rusiya mətbuatına Qarabağ ın uğurunun sirrini açdı

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Məşhur rusiyalı məşqçi Yuri Syomin Azərbaycan təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışının səbəblərini izah edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Championat"ın müxbiri Aleksandr Yerşova açıqlama verib:

"Qarabağ" beynəlxalq səviyyədə yaxşı oynayır. Bu, uzun müddət bir məşqçinin rəhbərlik etdiyi komandadır. Qurban Qurbanov öz işini yaxşı bilir və inkişaf edir. "Qarabağ" çox sayda səviyyəli əcnəbi oyunçu cəlb edir ki, bu da onların güclü seleksiyasından xəbər verir. Onlar nadir hallarda zəif əcnəbi oyunçularla anlaşırlar ki, bu da onların avrokuboklarda uğurlu nəticələrini izah edir. Pley-offa yüksəlmək üçün həmişə şans var. "Onların "Çelsi"dən xal alması çox şeydən xəbər verir". 

Qeyd edək ki, Liqa mərhələsinin 4 turundan sonra aktivində 7 xal olan "Qarabağ" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
sport24.az

1Mənbələr