Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“AzerGold” QSC tərəfindən 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə edilmiş tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda sosial yardım aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan Birinci və İkinci Qarabağ – Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, həmçinin aztəminatlı ailələr ziyarət olunub. Sosial aksiya “AzerGold” QSC-nin aktiv geoloji kəşfiyyat və tədqiqat-qiymətləndirmə işləri apardığı, Culfa rayonunun inzibati ərazisində Ortakənd qızıl yatağının yaxınlığında yerləşən Xanəgah, Əlincə və Xoşkeşin kəndlərində yaşayan ailələri əhatə edib. Ailələrə Cəmiyyət tərəfindən bayram təbrikləri çatdırılıb və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC geoloji kəşfiyyat, hasilat və istehsalat fəaliyyət apardığı bölgələrdə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi məqsədi ilə onların sosial rifahının gücləndirilməsi istiqamətində davamlı olaraq müxtəlif aksiyalar və layihələr həyata keçirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.