Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında intellektual oyun keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Konstitusiya və Suverenlik İli” və “8 Noyabr – Zəfər Günü” ilə bağlı tədbirlər planı çərçivəsində keçirilən oyun Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov bu cür intellektual oyunların məhkumların dünyagörüşünün genişlənməsində, sosial adaptasiya və reinteqrasiya prosesində mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Qalib komandalar kubok və medallarla mükafatlandırılıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.