AZ

Gürcüstanda Saakaşvili və daha 7 müxalifət liderinə cinayət işi açıldı – FOTO

Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili, müxalifət liderləri – Giorgi Vaşadze, Nika Qvramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazradze və Badri Caparidzeyə qarşı cinayət işi açılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həmin şəxslər Gürcüstanda konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham olunurlar.

Qvarakidze qeyd edib ki, onlar dövlət əleyhinə diversiya, xarici dövlətin düşmənçilik fəaliyyətinə dəstək, dövlət əleyhinə fəaliyyətin maliyyələşdirilməsində də ittiham edilirlər.

Baş Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində Mamuka Xazaradze və Badri Caparidze barəsində girov qətimkan tədbirinin seçilməsi və digər ittiham olunan şəxslərlə bağlı ilkin dinləmələrin təyin olunması üçün məhkəməyə müraciət edəcək.

İş üzrə istintaq davam edir. Baş Prokurorluq onun gedişatı və nəticələri barədə ictimaiyyətə məlumatları vaxtaşırı təqdim edəcək.

Seçilən
19
15
nocomment.az

10Mənbələr