Bakı. Trend:
Azərbaycan bp ilə karbohidrogen və "yaşıl enerji" layihələrinininkişafı və strateji tərəfdaşlığımızın möhkəmləndirilməsinimüzakirə edib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov"X" hesabında paylaşım edib.
"bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regionalprezidenti Ciovanni Kristofoli ilə səmərəli görüş keçirdik.Karbohidrogen və "yaşıl enerji" layihələrinin inkişafı və stratejitərəfdaşlığımızın möhkəmləndirilməsinə dair müzakirələr apardıq", -paylaşımda qeyd edilib.