AZ

İrəvan Bakı üzərindən Rusiyaya “qarmaq atır” – Paşinyanın “taxıl” açıqlamasının PƏRDƏARXASI

Ermənistanın Rusiyadan aldığı taxılın Azərbaycan ərazisindən daşınması müxtəlif təhlillərə səbəb olub. Bəzi ekspertlər bu addımı Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə iqtisadi əlaqələr qurması kimi qiymətləndirsə də, politoloq Taleh Əliyev bu fikirlə razılaşmır.

Politoloq KONKRET.az-a açıqlamasında bildirib ki, sözügedən proses Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin genişlənməsi anlamına gəlmir:

Vaşinqton

“Ermənistanın Rusiyadan aldığı taxılın Azərbaycan ərazisindən daşınması heç də o demək deyil ki, İrəvan Bakı üzərindən Rusiya ilə iqtisadi əlaqələr qurur. Sadəcə, Azərbaycan Ermənistanla bağlı tətbiq etdiyi logistik embarqonu aradan qaldırıb”.

Taleh Əliyev qeyd edib ki, bundan sonra Azərbaycanın ərazisindən Ermənistan istiqamətinə digər qadağan edilməyən məhsulların da daşınması mümkündür:

“Azərbaycan tərəfi prinsipial mövqeyini ifadə edib ki, heç bir məhdudiyyət qalmır. Sabah dünyanın müxtəlif dövlətlərindən, xüsusilə də Mərkəzi Asiya və Şərq ölkələrindən orta dəhliz vasitəsilə Ermənistan istiqamətinə yüklər daşına bilər”.

Ekspertin sözlərinə görə, bu hadisə Ermənistan-Rusiya münasibətləri çərçivəsində deyil, Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçidinin göstəricisi kimi dəyərləndirilməlidir:

“Bu məsələni sülh quruculuğu və etimadın formalaşması istiqamətində atılan mühüm addım kimi qiymətləndirmək daha doğrudur. Bu, vasitəsiz sülh danışıqlarına başlayan Azərbaycanın növbəti mərhələdə də əsas sülh qurucusu tərəfdaş kimi çıxış etməsinin əlamətidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
63
1
konkret.az

2Mənbələr