AZ

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 30%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar - oktyabr ayları ərzində Naxçıvan MuxtarRespublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininxətti ilə büdcəyə 208,9 milyon manata yaxın vergi daxil olub ki, buda ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz və ya 28,5 milyonmanat çoxdur.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.

Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 147,6milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədəbu sektordan vergi daxilolmaları 27,5 milyon manat və ya 22,9 faizartıb. Ödənilən vergilərin 70,7 faizi qeyri-dövlət sektorunun, 29,3faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar-oktyabr aylarında NaxçıvanMuxtar Respublikasında işsizlikdən sığorta haqları üzrədaxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faizartaraq 3,8 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbisığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən8,8 faiz artıb və 25,2 milyon manatdan artıq təşkil edib.

Məqalədə:
Seçilən
0
5
az.trend.az

10Mənbələr