AZ

Cənubi Qafqaz boru kəməri ilə orta günlük ixrac həcmi artıb

Bakı. Trend:

Cənubi Qafqaz boru kəməri (CQBK) üzrə gündəlik orta ixrac həcmi2024-cü ilin ilk doqquz ayında sutkada 61,7 milyon kubmetr qaztəşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu göstərici 63,1milyon kubmetrə çatıb ki, bu da illik ifadədə 2,3 faiz artımdeməkdir.

Bu barədə Trendbp-yə istinadən məlumat verir.

İlin ilk üç rübü ərzində SCPC (boru kəmərinin operatoru) -ninəməliyyat xərcləri təqribən 52 milyon dollar, əsaslı xərclər isətəxminən 21 milyon dollar təşkil edib. Müqayisə üçün, ötən ilineyni dövründə bu göstərici müvafiq olaraq 60 milyon dollar vətəxminən 13 milyon dollar təşkil edirdi.

Beləcə, illik ifadədə əməliyyat xərcləri 13,3 faiz azalıb,əsaslı xərclər isə 61,5 faiz artıb.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib vəAzərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CənubiQafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isəkommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci iliniyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarlarıbunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL(19,99%), TPAO (19,00%), NİKO (10,00%).

Seçilən
50
4
az.trend.az

5Mənbələr