AZ

Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

Bakı. Trend:

Bu büdcə layihəsi Prezident İlham Əliyevin dayanıqlıiqtisadiyyatın qorunması və möhkəmləndirilməsi üçün hökumətqarşısında qoyduğu vəzifələrə çatmaq üçün çox etibarlı sənədolacaq.

Trend xəbərverir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova parlamentin bir neçə komitəsinin ortaq iclasında“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, maliyyə nazirinin çıxışında bəhsetdiyi əsaslı xərclərin effektivliyinin daha önəmli olmasıməsələsini dəstəkləyir:

“Düşünürəm ki, məhz bu aspektdən 2026-cı il dövlət büdcəsininreallaşması, həm də regionlarda mövcud olan problemlərin həllindəəsas amil olacaq”.

Parlamentari çıxışında büdcənin tərtibatında beynəlxalqgündəlikdə istifadə olunan bir sıra yeniliklərdən söz açıb:

“Xüsusilə təklif edirəm ki, növbəti illərdə dövlət büdcəsinə“süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı ayrıca bölmələrəlavə edilsin. BMT-nin Minillik Hədəflərinə dair hesabatlarında daartıq “mavi iqtisadiyyat” termini geniş şəkildə tətbiq olunur.

Bu məsələnin əhəmiyyəti ondadır ki, Prezident İlham Əliyev Xəzərdənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçünciddi çağırışlara səbəb olduğunu vurğulayıb. Eyni zamanda digər suhövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlərastlaşırıq. Bu baxımdan, əgər BMT öz büdcəsində "maviiqtisadiyyat"la bağlı bölmələrə yer verirsə, Azərbaycanın dagələcək büdcə sənədlərində bu istiqamətə xüsusi yer ayırmasıfaydalı olar”.

Sevil Mikayılova qeyd edib ki, 2026-cı il dövlət büdcəsi kifayətqədər düşünülmüş, çevik və müasir çağırışlara cavab verən sənəddirvə bu layihəni dəstəkləyəcək.

Seçilən
19
3
az.trend.az

4Mənbələr